Zərgər Musanın öz ifasında şeirləri

Zərgər Musa 1955-ci ildə Dmanisinin  Dağ-Arıxlı kəndində doğulub. Orta məktəbi Qardabani şəhərində bitirib. Dövri mətbuatda, toplu-almanaxlarda davamlı olaraq öz şeir və poemaları ilə çıxış edib.
Müxtəlif illərdə iki şeir və bir pyeslər kitabı  Tbilisidə nəşr olunmuşdur. Zərgər Musa peşəsi ilə və yaradıcılığı ilə də özünə çoxlu pərəstişkarlar toplamışdır. Bir neçə il bundan əvvəl  dünyasını dəyişmişdir.
Məkanı nurla dolsun!

Gürcüstan radiosu üçün ötən əsrin sonlarında onun şeirlərini öz ifasında lentə alaraq “Poeziya dəqiqələri” silsiləsindən efirdə dəfələrlə səsləndirmişik. Həmin şeirlər şəxsi arxivimdə qorunub saxlanılır. İndi poeziya həvəskarlarının marağını nəzərə alaraq həmin lent yazılıarını Youtuba və saytımıza yerləşdirirəm.

P.S. Bundan öncə Zərgər Musanın  ifasında bir neşə şeirini saytımıza, eləcə də Yutuba yerləşdirmişdim. Şəxsi arxivimdə axtarış zamanı onun ifasında başqa şeirlərinin də lentə alındığının şahidi oldum. Odur ki, onu da sizlərə təqdim etdim. Allah ona rəhmət eləsin!

Hörmətlə: Mirzə Məmmədoğlu