Vaqif Mehdinin öz ifasında şeirləri

Vaqif Mehdi 1948-ci ildə Qardabani rayonunun Aşağı Kəpənəkçi kəndində anadan olub. Peşəkar maliyyə-kredit mütəxəssisidir. Bədii yaradıcılıqla müntəzəm məşğul olur. Şeirləri Gürcüstan və Azərbaycan dövri mətbuatında dərc olunur. Bir şeirlər kitabının müəllifidir.

Gürcüstan radiosu üçün ötən əsrin sonlarında onun şeirlərini öz ifasında lentə alaraq “Poeziya dəqiqələri” silsiləsindən efirdə dəfələrlə səsləndirmişik. Həmin şeirlər şəxsi arxivimdə qorunub saxlanılır. İndi poeziya həvəskarlarının marağını nəzərə alaraq həmin lent yazılıarını Youtuba və saytımıza yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu