Şölə Nur Cəlillinin öz ifasında bir neçə şeiri

Şölə Gülməmməd qızı Cəlilli 1968-ci ildə  Marneuli rayonunun sadaxlı kəndində müəllim ailəsində anadan olub. 1985-ci ildə orta məktəbi bitirib.  Kiçik yaşlarından şeirə və ədəbiyyata böyük maraq göstərib. Ərəb əlifbasının müstəqil  öyrənərək klassiklərin  əsərlərilə orjinaldan tanış olub.

Şeirləri “Sovet Gürcüstanı”, Axali Marneuli” qəzetlərində, “Dan ulduzu” toplusunda, Azərbaycan respublikasının dövri mətbuatında dərc olunmuşdur. Bir müddət “Aşıq Pəri” məclisində eştirak edərərk, şeirləri ilə öz pərəstişkarlarını sevindirmişdir.

Şölə Nur Cəlillinin  mnüxtəlif səpkili şeirləri: o cümlədən qəzəlləri, satirik şeirləri, qoşmaları, gəraylıları var.

P.S. 1999-cu ildə onun öz ifasında bir neçə şeirini lentə alaraq Gürcüstan radiosunun fəaliyyət göstərdiyi vaxtlar başqa şairlərlə yanaşı onun da şeirlərini mütəmadi olaraq efirdə səsləndirirdik. İndi qorunub saxlanılan həmin şeirləri  poeziya sevərlərin marağını nəzərə alaraq saytımıza və Yutuba yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu