Məhəmməd Candarlının ifasında öz şeirləri

Məhəmməd Candarlı 1929-cu ildə Qardabani rayonunun Candar kəndində doğulub. Elini sevib, eldə sevilib. Sözə qiymət qoyub, ədəb -ərkan bilib.  Sözünü elinə çatdırıb,  elindən  sözün urvatını  üstünə götürüb. Saza-sözə önəm verib. Və hərdən qəlbinin səsini onlarla həmahəng edib. Beləcə öz elində ömrünü başa burub,1999-cu ildə haqq dünyasına qovuşub. Qeyd etmək lazımdır ki,  bu il tarixin bu kəsiyində, daha doğrusu, mayın 14-də Məhəmməd Candarlının anadan olmasının 90-cı ildönümü, eləcə də ölümünün 20-ci ildönümü tamam olur. Onun xatirəsini yad etmək, ölümünün 20-ci ildönümünü qeyd etmək üçün  vaxtilə Gürcüstan radiosu üçün ötən əsrin sonlarında onun şeirlərini öz ifasında lentə alaraq “Poeziya dəqiqələri” silsiləsindən efirdə dəfələrlə səsləndirdiyimiz,  şəxsi arxivimdə qorunub saxlanılan şeirlərini indi poeziya həvəskarlarının marağını nəzərə alıb həmin lent yazılarını Yutuba və saytımıza yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu