İmir Məmmədli şair kimi doğulub. Gözünü açanda Gürcüstanın dilbər guşələrindən biri Kaspidə anadan olub. Və şair kimi ona yaşamağa başlamağa da Gürcüstan torpağı zəmanət verib. Buradan şeir yazmağa başlayan, mərhum gürcü şairi Mixail Kvlividze demişkən, “oxucu ilə söhbət edən” İmir Məmmədli “Pələng dərisi geymiş pəhləvan” əsəriini orjinaldan tərcümə edərək dahi gürcü şairi Şota Ruatavelini Azərbaycan ədəbiyatı dünyasına yeni nəfəslə, yeni səslə gətirmişdir. Burda sözümü sona yetirirəm. Çünki, İmir müəllim, öz oxucuları iləı ədəbi növlərinin müxtəlif dilləri ilə yenə söhbətini davam etdirir.
Gürcüstan radiosu üçün ötən əsrin sonlarında onun şeirlərini öz ifasında lentə alaraq “Poeziya dəqiqələri” silsiləsindən efirdə dəfələrlə səsləndirmişik. Həmin şeirlər şəxsi arxivimdə qorunub saxlanılır. İndi İmirsevərlərin, ümumiyyətlə, poeziya həvəskarlarının marağını nəzərə alaraq həmin lent yazılıarını Yutuba və saytımıza yerləşdirirəm.