Hacı Kəramət Nurzamanın öz ifasında bir neçə şeiri
13:25, 29.01.2019
Hacı Kəramət Nurzaman 1935-cil oktyabrın 10-da Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunun Qaracalar kəndində anadan olmuşdur. Uzun illər mədəniyyət sahəsində çalışmışdır. Bakı Politexnik Tüxnikumunda təhsil almışdır. Müqəddəs Həcc ziyarətindın sonra yaşadığı Qaracalar kəndinə qaz çəkdirmiş, kəndin yolunu bərpa etdirmişdir. Gürcüstanda Ədalətin Müdafiəsi Cəmiyyətinin sədri olaraq həmişə haqqın, ədalətin tərəfdarı olmuşdur. Ötən əsrin sonlarında Mirzə Fətəli Axundov adına Mədəniyyət mərkəzində keçirilən tədbirlərdə həmişə fəal iştirak edirdi. Arabir nəsiyyət dolu şeirlərini də oxuyurdu. Ziyalılara yardım edirdi. O vaxtlar mərhum, gözəl insan, gözəl şair Əlixan Düşgünün redaktorluğu ilə birgə buraxdığımız “İnam” qəzetinin çıxmasında dəfələrlə yardım edib. Dəfələrlə evinə aparıb, bizə qonaqlıqlar verib. Ziyalılara böyük dəyər verirdi. Şeirlər kitabını da nəşr etdirmişdir. Hacı Kəramət Nurzaman bir neçə il bundan əvvəl dünyasını dəyişmişdir. Allah rəhmət eləsin. İndi onun xeyirxah işlərini oğlanları davam etdirir.
Ötən əsrin sonlarında onun bir neçə şeirini öz ifasında lentə alaraq o vaxtlar Gürcüstan radiosunun efirində ədəbi verilişlər sislsiləsindən dəfələrlə səsləndirmişik. Şəxsi arxivimdə qoruyub saxladığım həmin lent yazısını poeziya sevərlərin, eləcə də onu sevərlərin marağını nəzərə alaraq saytımıxa və Yutuba yerləşdirirəm. Allah rəhmət eləsin, yeri behişd olsun. Bu lent yazılarını üzərə çıxarmaqla ona duaların oxunması kimi düşünürəm.