Gülməmməd Cəlillinin öz ifasında bir neçə şeiri

Gülməmməd Yunis oğlu Cəlilli 1938-ci ildə Marneuli rayonunun Sadaxlı kəndində anadan olub. 1955-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul edilib.  Universitetdə Məmməd Arif, Mir Cəlal, Pənah Xəlilov, Əli Sultanlı, Cəfər Xəndan, Bəxtiyar Vahabzadə, Muxtar Hüseynzadə kimi görkəmli alimlərdən dərs alıb. Gənclik çağlarından müxtəlif qəzetlərdə şeirləri dərc olunub. Uzun müddət gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olub. Keçən il Gülməmməd müəllimin öz doğma Sadaxlı elində 80 illik yubileyi yüksək səviyyədə qeyd edilib.

***

P.S. 1999-cu ildə onun öz ifasında bir neçə şeirini lentə alaraq Gürcüstan radiosunun fəaliyyət göstərdiyi vaxtlar başqa şairlərlə yanaşı onun da şeirlərini mütəmadi olaraq efirdə səsləndirirdik. İndi qorunub saxlanılan həmin şeirləri  poeziya sevərlərin marağını nəzərə alaraq saytımıza və Yutuba yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu