Göyərçin Novruzlunun öz ifasında bir neçə şeiri

Göyərçin Tofiq qızı Novruzlu 1970-ci ildə avqustun 20-də Qardabani rayonunun Sarticala-Muğanlı kəndində anadan olmuşdur.  Bu kənddə orta məktəbi 1988-ci ildə,  indiki İlya Çavçavadze  Pedaqoji Universitetinin filologiya fakültəsini 1993-cü ildə bitirmişdir. Hazırda Sarticala-Muğanlı orta məktəbində müəllim  kimi pedaqoji fəaliyyətini davam etdirir. 2002-ci ildə Bakıda “Adiloğlu” nəşriyyatı  tərəfindən Kövrək çiçək” adlı şeirlər kitabı işıq üzü görmüşdür.

P.S.Ötən əsrin sonlarında onun öz ifasında bir neçə şeirini lentə alaraq Gürcüstan radiosunda  “Poeziya dəqiqələri” silsiləsindən vaxtaşırı səsləndirmişik. Radio bağlanandan sonra bu lent yazısı şəxsi arxivimdə qorunub saxlanılır. İndi  poeziyasevərlərin marağını nəzərə alaraq bu lent yazılarını  saytımıza və Yutuba yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu