Qədim Tiflisin el ağsaqqallarından biri olan Əli Məşədi Əhməd oğlu barəsində xatirə

Gürcüstan radiosunun fəaliyyət göstərdiyi vaxtlar eldə tanınan, eli tanıdan şəxslər barəsində də verilişlər hazırlayırdıq. Bu verilişlər də dinləyicilərimiz tərəfindən yaxşı qarşılanırdı. Bizə minnətdarlıq məktubları da yazırdılar. Ötən əsrin sonlarında hazırladığım və şəxsi arxivimdə saxladığım bu verilişlərdən birini sahmana salıb saytımıza və Yutuba yerləşdirirəm.

P.S. Verilişin elanını uzun müddət Gürcüstan radiosunun diktoru olan mərhum Ələddin Həsənli oxuyur.

Hörmətlə: Mirzə Məmmədoğlu