Qasım Mustafa oğlu Əhmədli (Məftuni) 1939-cu ildə Marneuli rayonunun Mollaoğlu kəndində anadan olmuşdur. 1959-cu ildə Marneuli pedaqoji texnikumunu, 1968-ci ildə isə ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsini bitirmiş, 1971-1996-cı illərdə «Sovet Gürcüstanı» qəzetində şöbə müdiri olmuşdur. 1996-cı ildən ömrünün sonuna kimi Mollaoğlu orta məktəbinin direktoru olub. Hələ gənclik illərindən publisistik və ədəbi yazılarla Gürcüstan və Azərbaycan mətbuatında çıxış edib. Şeirləri «Çeşmə» və «Dan ulduzu» ədəbi almanaxlarında çap olunmuşdur.
P.S. 1999-cu ildə onun öz ifasında bir neçə şeirini lentə alaraq Gürcüstan radiosunun fəaliyyət göstərdiyi vaxtlar başqa şairlərlə yanaşı onun da şeirlərini mütəmadi olaraq efirdə səsləndirirdik. İndi qorunub saxlanılan həmin şeirləri poeziya sevərlərin marağını nəzərə alaraq saytımıza və Yutuba yerləşdirirəm.