Bafat Novruz oğlu İbrahimov Gürcüstanın Zalqa (Barmaqsız) rayonunun Ərcivan-Sarvan kəndində 1931-ci ildə anadan olmuşdur. Kənddəki 8 illik məktəbi bitirəndən sonra Qardabanidə orta məktəbi 1949-cu ildə bitirmişdir. Həmin ildə Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. 1952-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən Bafat Novruz oğlu öz doğma kəndində pedaqoji fəaliyyətə başlayır. O, 1954-57-ci illərdə həmin məktəbin direktoru, 1954-57-ci illərdə dərs hissə müdiri , ədəbiyyat müəllimi işləmişdir.
1957-ci ildə kənd sovetinin sədri seçilmişdir. 1964-cü ildə Trialeti ətçilik-südçülük sovxozunun birinci şöbəsinə rəis təyin edilçişdir. O, bu vəzifədə 1966-cı ilədək işləmişdir.
Bafat İbrahimov 1973-cü ilədək pedaqoji fəaliyyətini davam etdirmişdir. 1973-cü ildə Kldekari heyvandarlıq sovxozunda direktor işləmişdir. 1974-cü ildən yenə doğma məktəbdə pedaqoji fəaliyyətinə başlayarq 1991-ci ilədək davam etdirmişdir. 1991-ci ildə Kldekari heyvandarlıq sovzoxun direktor təyion edilmiş, iki il bu vəsifədə çalışandan sonra təqaüdə çıxmışdır. Pedaqoji fəaliyyəti ilə bərabər bədii yaradıcılıqla da məşğul olan Bafat Hovruz oğlunun dövri mətbuatda şeirləri müntəzəm dərc edilmişdir. Hazırda doğma kəndə yaşayır, bədii yaradıcılıqla da yenə məşğul olur.
Bafat İbrahimovun 2005-ci ildə Bakıda Ərcivanım- şirin canım” şeirlər kitabı, 2008-ci ildə isə “Ana yurdun-Dağ Sarvanın” şeirlər kitabı işıq üzü görmüşdür.
Onu da qeyd edim ki, 1999-cu ildə onun öz ifasında lentə aldığım bir necə şeiri Gürcüstan radiosunda vaxtilə ədəbi verilişlər silsiləsindən müntəzəm səslənmişdir. Həmin şeirlər mənin şəxsi arxivimdə qorunub saxlanılır. İndi poeziya sevərlərin marağını nəzərə alaraq bu lent yazısını saytımıza və Yutuba yerləşdirirəm.