Aşıq və sazbənd Murad Kövrəyin ifasında bir neçə mahnı

Murad Kövrək (Murad Əli oğlu Sarıyev) 1952-ci il iyulun 7-də Bolnisi rayonunun Dəllər (Muşevani) kəndində anadan olub. Burada orta məktəbi bitirib. Ustad aşıq Hüseyn Saraçlının sonuncu şəyirdidir.

Murad Kövrək bu gün həm də tanınmış sazbəndlərdəndir. Hazırda Bakıda yaşayır və sazbənd kimi fəaliyyətini uğurla davam etdirir.

Bakıda “Neftçilər” metrosunun yaxınlığında olan emalatxanasına  aşıqlar, şairlər, saz-söz həvəskarları baş çəkirlər, saz bağlatmaq istəyənlər ona müraciət edirlər. 20 il bundan əvvəl Bakıya gedəndə onu ziyarət etdim, qonağı oldum, sazın-sözün sehrindən maraqlı söhbətlər etdik,

Onun öz ifasında bir neçə mahnını lentə aldım. Gürcüstan radiosunda vaxtaşırı səsləndirmişik. Radio bağlanandan sonra bu lent yazısı şəxsi arxivimdə qorunub saxlanılır. İndi  aşıqsevərlərin marağını nəzərə alaraq bu lent yazılarını  saytımıza və Yutuba yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu