Aşıq Bilalın ifasında bir neçə mahnı-2

Aşıq Bilal 1935-ci ildə Ermənistanın Göyçə mahalında ustad Aşıq Pünhan Məhəmmədəlinin ailəsində dünyaya göz açıb. Aşıqlıq sənətini atasından öyrənib. Görüb götürdükcə daha da püxtələşib. Ötən əsrin 50-ci illərində Qarayazıya gəlib. Bu tərəflərdə çoxlu məclislər yola salıb. Bu yaxınlarda dünyasını dəyişib.

  1. Bilməz-Sözləri Bilal Sadıqovundur.
  2. Olar-olar- sözləri Səadət Butanındır.
  3. Qarayazı- sözləri Zahid Ələmpaşalınındır.
  4. Saz- sözləri Əyyubundur.
  5. Arasındadır- söz Azaflı Mikayılındır.
  6. Ceyranım-sözləri Bilal Sadıqovundur.
  7. Maral- sözləri Göycəli aşıq Musanındır.

***

P.S. Ötən əsrin sonlarında onun öz ifasında bu mahnıları lentə aldım. Gürcüstan radiosunda vaxtaşırı səsləndirmişik. Radio bağlanandan sonra bu lent yazısı şəxsi arxivimdə qorunub saxlanılır. İndi  aşıqsevərlərin marağını nəzərə alaraq bu lent yazılarını  saytımıza və Yutuba yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu