Aşıq Bilal 1935-ci ildə Ermənistanın Göyçə mahalında ustad Aşıq Pünhan Məhəmmədəlinin ailəsində dünyaya göz açıb. Aşıqlıq sənətini atasından öyrənib. Görüb götürdükcə daha da püxtələşib. Ötən əsrin 50-ci illərində Qarayazıya gəlib. Bu tərəflərdə çoxlu məclislər yola salıb. Bu yaxınlarda dünyasını dəyişib.
***
1.Qaldı- sözləri Təhlə Novruzundur.
Vədəsində-sözləri Məhəmməd Pünhanındır.
Görmüşəm- sözləri Bilal Sadıqovundur.
Adamı-sözləri Zəlimxan Yaqubundur.
Yaylaq-sözləri Aşıq Ələsgərindir.
Qaraçöp- sözləri Əsli oğlu Məhəmmədindir.
Saz Havası Yanıq Kərəmi.
P.S. Ötən əsrin sonlarında onun öz ifasında bu mahnıları lentə aldım. Gürcüstan radiosunda vaxtaşırı səsləndirmişik. Radio bağlanandan sonra bu lent yazısı şəxsi arxivimdə qorunub saxlanılır. İndi aşıqsevərlərin marağını nəzərə alaraq bu lent yazılarını saytımıza və Yutuba yerləşdirirəm.