Aşıq Ağacan Eyyubov 1939- cu ildə Qarayazı bölgəsinin Birlik kəndində anadan olub. Ağır el məclisləri yola salıb. O, həm də yaradıcı aşıq idi. Şeir yaradıcılığında aşıq şeirinin müxtəlif şəkillərindən istifadə edib. 2011-ci ildə vəfat edib.
Gürcüstan radiosu üçün ötən əsrin sonlarında onun şeirlərini öz ifasında lentə alaraq “Poeziya dəqiqələri” silsiləsindən efirdə dəfələrlə səsləndirmişik. Həmin şeirlər şəxsi arxivimdə qorunub saxlanılır. İndi poeziya həvəskarlarının marağını nəzərə alaraq həmin lent yazılıarını Youtuba və saytımıza yerləşdirirəm.