Adil Əhmədov vaxtilə deyirdi: Ağac basırmaq, meşə salmaq müqəddəs işdir!

Gürcüstan radiosunun fəaliyyət göstərdiyi vaxtlar fəaliyyəti ilə fərqlənən, sevilən, hörmət edilən şəxslər barəsində də verilişlər hazırlayırdıq. Həmin verilişlərdən biri də Tbilisinin və onun ətrafyanı yerlərin yaşıllaşdırılmasında böyük əməyi olan Adil Əhmədova həsr edilmişdi. Bu cür verilişlər də dinləyicilərimiz tərəfindən yaxşı qarşılanırdı. Bizə minnətdarlıq məktubları da yazırdılar. Ötən əsrin sonlarında hazırladığım və şəxsi arxivimdə saxladığım bu verilişi sahmana salıb saytımıza və Yutuba yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu