Əli Günəşlinin ifasında bir neçə mahnı

Əli Günəşli (Əli Hüseyn oğlu) 1947-ci ildə Qardabani rayonundakı Birlik kəndində anadan olub. Atası Hüseyn də saz-söz vurğunu idi. O, ilk dərsini atasından alıb. Sonra sazın və aşıq sənətinin sirlərini saz-söz xiridarlarından öyrənib. Tovuzlu Aşıq Bəhram, həmkəndliləri – Mehrioğlu Söyün, Məşədioğlu Həsən, Qara Qulu onun ustadları olublar. Ə. Günəşli həm də yaradıcı aşıq idi. Şeirləri müxtəlif qəzet, toplu və dərgilərdə dərc olunub. Ağır el məclisləri yola salan aşıq 2017-ci ildə dünyasını dəyişib.

Ötən əsrin sonlarında onun öz ifasında bir neçə mahnını lentə alaraq Gürcüstan radiosunda vaxtaşırı səsləndirmişik. Radio bağlanandan sonra bu lent yazısı şəxsi arxivimdə qorunub saxlanılır. İndi  saz-söz həvəskarlarının marağını nəzərə alaraq bu lent yazılarını  saytımıza və Yutuba yerləşdirirəm. Allah ona rəhmət eləsin, yeri behişt olsun, Amin!

Hörmətlə:  Mirzə Məmmədoğlu