Texniki yoxlayış şərtlərində dəyişikliklər 06.03.2019
Maşınların texniki yoxlayışdan keçməsi ilə bağlı yeni tətbiq edilmiş tənzimləmələrə dəyişiliklər daxil ediləcək. Sabahdan etibarən sürücülər məcburi texniki yoxlayışdan fərqli şərtlərlə keçəcəklər. Maşının ön şüşəsində aşkarlanan kiçik ölçülü zədələr pozuntu kimi qiymətləndirilməyəcək. Lakin maşının borusundan çıxan tüstü ilə əlaqədar nəzarət gücləndiriləcək. Texniki Baxış Mərkəzlərində tətbiq olunan bu metod sürücülər tərəfindən edilən manipulasiya riskini sıfıra endirəcək. Taksi sürücüləri üçün də yenilik var. Taksilər digər avtomobillərdən fərqli olaraq ildə iki dəfə texniki baxışdan keçəcəklər.