Tbilisidə Akaki Xorava adına Aktyorlar evində "Era teatrının" "Bu yolun son stansiyası" adlı tamaşası təqdim edildi

Akaki Xorava adına Aktyorlar evində Era teatrının “Bu yolun son stansiyası” adlı tamaşası təqdim edildi . Tamaşanın müəllifi, quruluşçu rejissoru Anar Rafiqoğludur. Gənc aktyorlar tamaşanı gürcü dilində təqdim etdilər.

“Bu yolun son stansiyası” Yaşılay cəmiyyətinin “Gürcüstanda ictimaiyyətin zərərli vərdişlərlə bağlı maarifləndirilməsinin sənət vasitəsilə təbliği” layihəsi çərçivəsində hazırlandı. Tamaşanın məqsədi zərərli vərdişləri, həmin vərdişlərin nəticələrini incəsənət vasitəsilə əks etdirmək idi.

Tamaşada rolları Azərbaycanlı gənclər Məndər Sərdərov, Ləman Məmmədova, Rabil İsmayılov və Sali Ömərova canlandırdılar.