Mirzə Fətəli Axundov adına Azərbaycan müzeyində 26 fevral hadisələrinə həsr olunmuş tədbir keçirildi.
Tbilisidə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin və Mirzə Fətəli Axundov adına Azərbaycan müzeyinin təşkilatşılığı ilə 26 fevral hadisələrinə həsr olunmuş tədbir keçirildi. Tədbir çərçivəsində fotosərgi təşkil olunmuşdu. Tədbir iştirakçıları bir dəqiqəlik sükütla 26 fevral hadisəsinin qurbanlarının xatirəsini yad etdilər. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Səudiyyə Ərəbistanı Krallığının səfiri, Türkmənistan, Ukrayna, Belarusiya və Qazaxıstan səfirliklərinin əməkdaşları, habelə Gürcüstan ictimai xadimləri iştirak etdilər.Tədbirin sonunda Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının səhnələşdirdiyi “Ana fəryadı” adlı teatrlaşdırılmış tamaşa nümayiş olundu. Səhnə rejissoru teatrın bədii rəhbəri Turqay Vəlizadədir
Şərh yaz