Marneulidə,  NATO və Avropa İttifaqına dair İnformasiya Mərkəzi və İnkişaf və Təhsil Mərkəzinin təşkilatçılığı ilə Avropa və Avro-Atlantik İnteqrasiya Akademiyasının təlim kursu başladi

Marneulidə,  NATO və Avropa İttifaqına dair İnformasiya Mərkəzi və İnkişaf və Təhsil Mərkəzinin təşkilatçılığı ilə Avropa və Avro-Atlantik İnteqrasiya Akademiyasının təlim kursu başladi.

Təlimlərin əsas məqsədi regionlarda NATO və Avropa İttifaqının tarixi, Gürcüstanın Qərbə inteqrasiya prosesi, imkan və üstünlükləri haqqında məlumatlılığın artırılmasıdır.

Akademiyanın təlim kursu Marneuli Gənclik Mərkəzində başladi. Layihədə 15 yaşdan yuxarı gənclər iştirak edə bilər.

Layihə çərçivəsində, dekabrın sonuna qədər 10 təlim keçiriləcək. Təlimlər bitdikdən sonra, iştirakçılara sertifikatlar təqdim olunacaq.

Şərh yaz