Kataloniyanın dayandırılmış muxtariyyatı

Kataloniyanın vəzifədən kənarlaşdırılmış rəhbərini doğma Jirona şəhərində sevgiylə qarşıladılar. Karles Puiçdemon təbəssüm edir, ancaq faktdlr ki, onun siyasi gələcəyi naməlumdur. Eyni şəkildə, Kataloniya separatistlərinin liderinin, Kataloniyanın müstəqilliyi üçün mübarizə aparacağı barədə söz verdiyi bəyanatın sonu da naməlumdur.

İspaniya iqtidarında Puiçdemonu artıq iflas etmiş bir siyasətçi olaraq adlandırdılar. Madriddə hesab edirlər ki, Kataloniyanın sabiq rəhbərinin, dekabrda planlaşdırılan seçkilərdə iştirak etməsindən başqa çarəsi yoxdur.

Son sosiyoloji tədqiqatlara əsasən, bir ayrlıq krizisdən sonra, Kataloniyalıların 55 faizi müstəqilliyin əleyihə çıxdı. Hətta, sorğuda iştirak edənlərin 52 faizi Madridin qərarına və növbədənkənar seçkilərin təyin edilməsini dəstəkləyir. Belə ki, Puiçdemonun və digər separatistlərin iqtidarda olmaq şansları çox azdır. Belçikada isə, Kataloniyanın sabiq rəhbərinə artıq siyasi sığınacaq tələb etməsini təklif edirlər.

Belçikadan fərqli olaraq, Avropa İttifaqında susmağı tərcih edirlər. Brüsseldə deyirlər ki, Kataloniya krizisi İspaniyanın daxili problemidir. Demək olar ki, bu mərhədə, Madrid bu krizislə asan baş gələ bildi.

Madrid tərəfindən təyin edilən seçkilərdə Puiçdemonun iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

Dünən axşam, o Jironada keçirilən futbol matçında iştirak etdi. Jironalılar İspaniyanın baş naziri Raxoinin sevdiyi Madrid Reallla oynadılar və bu səfər Madridlilər 1:2 hesabla Jironalılara uduzdular.

Kataloniyaya gəlincə isə, dekabrın 21-ə qədər regiona qadın, İspaniyanın vitse-premyeri Soraia Santes De Santa Maria rəhbərlik edəcək.