Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının komandası, “Öldür məni, əzizim” komediyasının premyerasını keçirib

Kote Marcanişvili adına Dövlət Dram Teatrında türk dramaturq Əziz Nesinin “Öldür məni, əzizim”  komediyasının premyerası  keçirilib.

Komediya janrındakı pyesi rejisor Qiorqi Apxazava səhnələşdirib.

Komediya janrındakı bir pərdəli tamaşa, tək yaşayan iki qadının həyatından bəhs edir, onlar təbii qazın nəzarətçisinin manyak olduğunu hesab edirlər, lakin yenə də onu səbirsizliklə gözləyirlər, daha sonra isə ona görə bir-birləri ilə mübahisə edirlər.

Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının komandası premyerayadək və mövsümün açılmasınadək bir neçə ay boyunca hazırlaşırdılar.

Tamaşa izləyicilərin xoşuna gəlib və alqışlara layiq görülüb.

Teatrın komandası tamaşaçıları gələcəkdə maraqlı yeniliklər gözlədiyini bildirir.

Şərh yaz