Gürcüstanın Birinci Kanalının "Bizim Gürcü Dili" layihəsi

Gürcüstanın Birinci Kanalının məşhur layihəsinin iştirakçıları mükafatlandırıldılar. “Bizim Gürcü Dili” çərçivəsində onlayn olimpiada Kvemo Kartli və Samtsxe-Cavaxetidə keçirildi. İştirakçılara sertifikatlar və motivasiya məktubları verildi. Gürcü dilinin etnik azlıqların məskunlaşdığı bölgələrdə populyarlaşdırılması məqsədini daşıyan layihə gələcəkdə də davam edəcək. “Bizim Gürcü Dili” etnik azlıq nümayəndələri olan gənclərə dil öyrənməyə, gürcü dostları ilə ünsiyyət qurmağa və gələcək karyeralarını planlaşdırmağa da kömək edir. Gürcüstan Birinci Kanalı layihə çərçivəsində bir sıra tədbirlər də planlaşdırır.