Bu gün Gürcüstan Parlamentinin Kitabxanasında 20 yanvarla əlaqədar foto-sərgi keçirildi

Bu gün Gürcüstan Parlamentinin Milli Kitabxanasında 20 yanvarla əlaqədar Gürcüstanda fəaliyyət göstərən tanınmış fotoqraf Şahvələd Eyvazovun foto-sərgisi keçirildi. Tədbir 20 yanvar faciəsinin 29-cu ildönümünə həsr
olunub və Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı ilə keçirildi.
20 yanvarla əlaqədar Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı ilə Gürcüstanın müxtəlif regionlarında artıq bir sıra tədbirlər keçirilib. Gürcüstan Parlamentinin Milli Kitabxanasında keçirilmiş bu tədbir də həmin tədbirlər silsiləsinə aiddir.