“Bizim Gürcü Dili” layihəsi çərçivəsində onlayn olimpiada iştirakçılarının mükafatlandırılması davam edir

“Bizim Gürcü Dili” layihəsi çərçivəsində, gürcü dili üzrə onlayn olimpiadanın 7-ci və 8-ci sinif iştirakçılarının mükafatlandırılması davam edir. Bu dəfə Kvemo Kartli bölgəsində, Sadaxlı və Şaumyan kəndlərinin ictimai məktəblərinin şagirdlərinə sertifikatlar verilib.

Layihə üzərində işləyən işçi qrupu bölgələrdə onlayn olimpiadanın iştirakçıları ilə görüşləri davam etdirir.

Gürcü dilinin onlayn olimpiadası artıq iki ildir ki keçirilir , Azərbaycan və erməni dilli məktəblərin şagirdləri arasında çox məşhurdur.

Xatırladaq ki, Bizim Gürcü Dili layihəsi gürcü dilinin populyarlaşdırılması məqsədini daşıyır. Layihə çərçivəsində azərbaycan və erməni dilli məktəblərin şagirdləri üçün gürcü dilində onlayn olimpiada, eləcə də hər həftə feysbuk viktorina və sərbəst mövzu müsabiqəsi keçirilir.