“Bizim Gürcü Dili” layihəsi çərçivəsində, Bolnisidə şagirdlər ilə görüş keçirildi (VİDEO)

“Bizim Gürcü Dili” layihəsi çərçivəsində şagirdlər ilə görüş davam edir. Layihə üzərində çalışan qrup bu dəfə Kvemo Kartli bölgəsində, Çapala-Qoçuluda olub.

Gürcüstanın Birinci Kanalının layihəsi “Bizim Gürcü Dili”, gürcü dili üzrə onlayn olimpiada çərçivəsində, Azərbaycan və erməni dilli məktəblərin şagirdləri ilə görüşlər davam edir.

Layihə üzərində işləyən işçi qrupu bu dəfə Bolnisidə, Çapala-Qoçulu kəndində olub. 7-ci və 8-ci sinif şagirdlərinə xatirə hədiyyələr və sertifikatlar verilib.

“Bizim Gürcü Dili” layihəsi gürcü dilinin populyarlaşdırılması məqsədini daşıyır və qeyri-gürcü dilli məktəblərin şagirdlərinə, gürcü dilinin öyrənilməsi motivasiyasının yüksəlməsi üçün müxtəlif aktivliklər təklif edir.

Xatırladaq ki, “Bizim Gürcü Dili” layihəsi Amerika Birləşmiş Ştatlarının Səfirliyinin dəstəyi ilə həyata keçirilir.