26 fevral hadisələri ilə əlaqədar Heydər Əliyev Fondu və Azərbaycan Səfirliyi Tbilisidə birgə tədbir keçirib (VİDEO)
26 fevral hadisələri ilə əlaqədar Heydər Əliyev Fondu və Azərbaycan Səfirliyi Tbilisidə birgə tədbir keçirib. Hadisələrin 29-cu ildönümü ilə əlaqədar xüsusi jurnal buraxılıb. Jurnalda Azərbaycan Respublikasının prezidenti, ali baş komandan İlham Əliyevin çıxışı təqdim edilmişdi. Jurnal sözü gedən gün ilə əlaqədar inkişaf edən hadisələrə dair ətraflı məlumat verir. Azərbaycan Səfirliyinin yerləşdiyi ərazidə keçirilən tədbirdə onlarla insan iştirak edib, onlar dünyasını dəyişənlərin xatirələrini yad ediblər. Keçirilən görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev iştirak edirdi. Səfir Faiq Quliyevin iştirakı ilə Heydər Əliyev Fondu və Səfirlik fevralın 26-da Marneulidə 1992-ci ildə baş verən hadisələrin iştirakçısı olan ailənin üzvləri və gənclərlə birgə görüş təşkil edib.
Şərh yaz