Zviad Şalamberidze - yerli hakimiyyət burtaxılış vəsiqəsini yaz kənd təsərrüfatı işləri üçün şəhərdən çıxmalı olan insanlara verir
Zviad Şalamberidze - yerli hakimiyyət burtaxılış vəsiqəsini yaz kənd təsərrüfatı işləri üçün şəhərdən çıxmalı olan insanlara verir

Yerli hakimiyyət burtaxılış vəsiqəsini yaz kənd təsərrüfatı işləri üçün şəhərdən çıxmalı olan hər bir vətəndaşa verir, – bu barədə İmereti qubernatoru, Zviad Şalamberidze bəyan etdi.

Zviad Şalamberidzenin dediyinə görə, əksər hallarda qeyri-məqsədyönlü daxil olan ərizələrə görə, vətəndaşların bir hissəsinə rədd cavabı verildi. Qubernatorun qeyd etdiyinə görə, Meriya hər şeyi etdi ki, sosial məsafə pozulmayaydı.

Qubernator vətəndaşlara müraciət etdi ki, hakimiyyətə yalnız koordinasiya şurası tərəfindən icazə verilən buraxılış vəsiqəsi üçün müraciət etsinlər. Söhbət yaz kənd təsərrüfatı işlərindən gedir.

Kutaisi Meriyası önündə şəhərdən çıxmaq məqsədi ilə, buraxılış vəsiqəsinin alınması üçün vətəndaşlar toplanmışdılar. Ərazidə sosial məsafə pozulmuşdu.