Zurab Pataridze Bakının meri Eldar Əzizov ilə görüşdü
Zurab Pataridze Bakının meri Eldar Əzizov ilə görüşdü

Gürcüstanın Azərbaycan Respublikasındaki səfiri Zurab Pataridze Bakı İcra Hakimiyyətinin rəhbəri və Azərbaycan paytaxtının meri Eldar Əzizov ilə görüşdü.

Bu haqda məlumatı Gürcüstanın Azərbaycandaki Səfirliyi yayır.

Səfirliyin məlumatına görə, söhbət Gürcüstan və Azərbaycan paytaxtları arasında iqtisadi, mədəniyyət-humanitar və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsi perspetkivlərinə və həmçinin post pandemiya müddətində hər iki şəhərdə mədəniyyət günlərinin təşkil edilməsi haqqında aparıldı.

Görüşdə deyildi ki, tərəflər Bakı və Tbilisi şəhərlərinin qardaş edilməsini salamlayırlar.

Qeyd olundu müvafiq məsələ ilə bağlı imzalanması üçün saziş hazırlanır.

Söhbət həmçinin milli bayramlara – Müstəqillik gününün birgə şəkildə keçirilməsinə də toxundu. Bununla bağlı Tbilisi və Bakı meriyaları tərəfindən müxtəlif tədbirlər təşkil olunacaq.