Zurab Caparidze - səfirlər tərəfindən cəhdlər var ki, kəsişmə nöqtələrini tapsınlar, hakimiyyət və müxalifət arasında mövqeləri yaxınlaşdırsınlar
Zurab Caparidze - səfirlər tərəfindən cəhdlər var ki, kəsişmə nöqtələrini tapsınlar, hakimiyyət və müxalifət arasında mövqeləri yaxınlaşdırsınlar

Fasilitator səfirlər tərəfindən cəhdlər var ki, hansısa kəsişmə nöqtələrini tapsınlar, hakimiyyət və müxalifət arasında mövqeləri nəsə cür yaxınlaşdırsınlar, – bu barədə “Qirçi” partiyasının lideri, Zurab Caparidze Gürcüstanda ABŞ səfirinin qərargahında keçirilən görüşdən sonra bəyan etdi. Görüşdə Avropa İttifaqının səfiri, Karl Hartsel də iştirak edirdi.

Zurab Caparidzenin qeyd etdiyinə görə, bu görüş üçüncü raund üçün hazırlıqdır ki, üçüncü raund sadəcə görüş üçün görüş olmasın və nəsə nəticə ilə başa çatsın.

“Nə çıxacağını deyə bilmərəm, nə hansısa xüsusi optimizm və nə pessimizm yaratmaq istəmirəm. Texniki detalları danışa bilmərəm, haqqım yoxdur. Bir şey deyə bilmərəm. Elə bir şey deyə bilmərəm ki, bunu sonralar hakimiyyət bu danışıqların pozulması üçün istifadə etsin. Buna görə, mən tərəfdən, bu insanlara verdiyim şərtin müdafiəsi olacaq, bu insanlara qarşı hörmət məsələsidir ki, dettları kənarda danışmayım”, – Caparidze bəyan etdi.