Zurab Caparidze - müxtəlif məsələ barəsində söhbət etdik, qızğın mübahisəmiz də var idi, lakin əsas odur ki, müxalifət birdir
Zurab Caparidze - müxtəlif məsələ barəsində söhbət etdik, qızğın mübahisəmiz də var idi, lakin əsas odur ki, müxalifət birdir

“Qirçi” partiyasının lideri, Zurab Caparidze bəyan edir ki, müxalifət birdir və boykot rejimində qalır.

Caparidzenin dediyinə görə, müxalifət nümayəndələrinin bu günki görüşündə müxtəlif məsələ barəsində söhbət etdilər, qızğın mübahisələri də var idi, lakin yekundə bir razılığa gəldilər.

“Prinsipial heç bir şey dəyişmir, aydındır ki, müxalifət birdir, o cümlədən boykot rejimində qalır. Müxtəlif məsələ barəsində söhbət etdik. sadəcə olaraq mövqelərimizi razılaşdırdıq və mənim fikrimcə, hazırıq ki, moderatorlarla görüşək və vahid mövqe ilə onlarla söhbət edək.

Milyonlarca məsələni müzakirə edirik, müxtəlif məsələ üzrə müxtəlif partiyanın müxtəlif fikri var. Bəli, qızğın mübahisəmiz də var idi, lakin əsas odur ki, müxalifət birdir, fikrimcə, hazırıq ki, moderatorlarla görüşək”, – Caparidze bəyan etdi.