Zurab Caparidze mandatların qorunub saxlanılması barəsində Parlamentin qərarını, Konstitusiya Məhkəməsinə şikayət etdi
Zurab Caparidze mandatların qorunub saxlanılması barəsində Parlamentin qərarını, Konstitusiya Məhkəməsinə şikayət etdi

Dəlilikdir, insanı məcbur edəsən, istəyirsən ya yox Parlamentdə işləməlisən, – “Daha artıq azadlıq – Qirçinin” lideri, Zurab Caparidze mandatların qorunub saxlanılması barəsində Parlamentin qərarını bu cür dəyərləndirir.

Qeyd olunan qərarı Caparidze Konstitusiya Məhkəməsinə şikayət etdi. Şikayətdə söhbət ondan gedir ki, qərar konstitusiyanın 39-cu maddəsinə və parlamentin məğzinə qarşı çıxır.

“Təxminən iki ay olar ki, ərizə yazdım və mandatımın ləğv olunmasını tələb etdim. Parlament isə, rədd cavabı verdi. Bu yalnız mandat məsələsi deyil. Mandatla bərabər, mənim müxtəlif hüquqlarım məhdudlaşdırılıb. Qanunvericilik fəaliyyətindən başqa mənim heç bir fəaliyyətə icazəm yoxdur, ona görə ki, mandatımı ləğv etmədilər. Bundan başqa dövlət məndən deklarasiyanın təqdim edilməsini tələb edir və edilməmə təqdirində öncə cərimə, sonra isə, cinayət məsuliyyətini tədbiq edəcək. Bunların hamısı konstitusiyaya ziddir, bu dəlilikdir, insanı məcbur edəsən, istəyirsən ya yox Parlamentdə işləməlisən”, – caparidze bəyan etdi.

Zurab Caparidze şikayəti Konstitusiya Məhkəməsinə bu gün Batumidə şəxsən təhvil verdi.