Zurab Caparidze - İctimai Yayımçı öz məzmunu ilə nonsensdir və ləğv olunmalıdır
Zurab Caparidze - İctimai Yayımçı öz məzmunu ilə nonsensdir və ləğv olunmalıdır

İctimai Yayımçı öz məzmunu ilə nonsensdir və ləğv olunmalıdır, – bu barədə “Qirçinin” lideri, Zurab Caparidze “Milli Hərəkatın” majoritarlığa namizədi, Kaxa Okriaşvilinin “oktyabr seçkilərindən sonra Gürcüstanın Birinci Kanalını ləğv etməliyik” bəyanatını şərh edərkən bildirdi.

“Kaxa Okriaşvilinin nə dediyini bilmirəm, lakin bir 15 ildir deyirəm ki, İctimai Yayımçı satılmalıdır. İctimai Yayımçının aktivi, o cümlədən Tbilisi mərkəzində binası var və bu da satılmalıdır”, – Caparidze bəyan etdi.

Suala ki, Gürcüstanın Birinci Kanalının binası onsuz da satılır, Caparidze deyir:

“Satılır ona görə ki, haradasa yeni bina tiksinlər. Onun tikintisini də yeni borclarla planlaşdırırdı və həmin borcları biz ödəməliydik. Buna görə, İctimai Yayımçı öz məzmunu ilə nonsensdir və ləğv olunmalıdır”.

Bununla yanaşı, Caparidzenin dediyinə görə, İctimai Yayımçının qanunla müdafiə olunmuş öhdəlikləri, o cümlədən azlıqlar istiqaməti ilə, mənasızdır.

“Bütün bu öhdəliklər mənasızdır. Qanunda bu qeydiyyatlar ləğv olunmalıdır. Gürcüstanda artıq bir neçə yüz kanal var və əgər nəyisə işıqlandırmaq istəyirsə və tamaşaçısı olarsa, hamısı hər şeyi işıqlandıra bilər”, – Zura caparidze bəyan etdi.