Zurab Azaraşvili Türkiyənin səfiri ilə görüşüb
Zurab Azaraşvili Türkiyənin səfiri ilə görüşüb

İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlərin əmək, səhiyyə və sosial məsələlər naziri Zurab Azaraşvili Türkiyə Respublikasının Gürcüstandakı səfiri Fatma Ceren Yazqan ilə görüşüb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, tərəflər cari əməkdaşlıq məsələlərini və gələcək planları müzakirə ediblər.

Onların sözlərinə görə, söhbətdə Türkiyədən Gürcüstana yüksək keyfiyyətli GMP standartlı dərman preparatlarının idxalı ilə bağlı olub ki, bu da dərmanların qiymətini xeyli aşağı salacaq. Görüşdə tərəflər Covid 19-un idarə mexanizmlərini də müzakirə ediblər.

Zurab Azaraşvili səhiyyə sahəsində davam edən və həyata keçirilən layihələrə fəal dəstəyinə görə Türkiyə səfirinə təşəkkür edib. Fatma Ceren Yazqan öz növbəsində gələcək əməkdaşlığa hazır olduğunu bildirib.