Zurab Abaşidze və Qriqori Karasinin görüşü haqqında baş nazirin mətbuat xidməti məlumat yayır
Zurab Abaşidze və Qriqori Karasinin görüşü haqqında baş nazirin mətbuat xidməti məlumat yayır

Gürcüstanın baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi olan Zurab Abaşidzenin və Rusiya Xarici İşlər Nazirinin müavini Qriqori Karasinin Praqadaki görüşü haqqında baş nazirin mətbuat xidməti məlumat yayır.

Qeyd olunan məlumata əsasən, tərəflər arasında, 2019-cu ilin fevralın 27-də Praqada növbəti görüş keçirildi.

Baxmayaraq ki, Praqa formatı təhlükəsizlik və Gürcüstanın işğal edilmiş ərazilərindəki vəziyyətlə bağlı məsələlərin müzakirəsini nəzərdə tutmur, görüşün başlanğıcında Zurab Abaşidze Abxaziya və Sxinvali regionlarında humanitar baxımından mövcud olan ağır vəziyyət və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması haqqında söz etdi.

Prağa görüşünün gündəmində olduğu məsələlərə gəlincə isə, tərəflər iki ölkə arasındaki ticari-iqtisadi əlaqələr və turizm istiqamətində mövcud olan vəziyyət haqqında müzakirə etdilər.

Söhbət həmçinin “Gürcüstan iqtidarı və Rusiya federasiyasının iqtidarı arasında gömrük administrasiyası və mülk ticarətinin monitorinq mexanizmləri ilə bağlı əsas prinsiplər haqqında” 2011-ci ilin razılaşmasının həyata keçirilməsi ilə bağlı problemə də toxundu.

Həmçinnin mülkiyyət və humanitar məsələlər müzakirə olundu, – deyilir baş nazirin mətbuat xidməti tərəfindən yayılan bəyanatda.

İdarənin məlumatına görə, Praqada növbəti görüş tarixi daha sonra dəqiqləşdiriləcək.