Zurab Abaşidze - Rusiya ilə uçuşların bərpa edilməsinin dəqiq tarixi məlum deyil, ancaq, bu məsələ ilə bağlı konkret məlumat gözləyirik
Zurab Abaşidze - Rusiya ilə uçuşların bərpa edilməsinin dəqiq tarixi məlum deyil, ancaq, bu məsələ ilə bağlı konkret məlumat gözləyirik

Rusiya ilə uçuşların bərpa edilməsinin dəqiq tarixi məlum deyil, ancaq, bu məsələ ilə bağlı konkret məlumat gözləyirik – bu barədə bəyanatı Rusiya ilə münasibətlər məsələləri üzrə, baş nazirin xüsusi nümayəndəsi Zurab Abaşidze Gürcüstanın Birinci Kanalı ilə söhbət edərkən verdi.

Onun dediyinə görə, bu məsələ Rusiyanın nümayəndəsi olan Qriqori Karasin ilə martda növbəti görüşdə müzakirə olunacaq.

“Daha əvvəl də demişdim, aviareyslər bərpa edilsə, bunu salamlayırıq. Marta qədər yenilik olsa, onu da öyrənəcəyik.  Uçuşların bərpa edilməsinin dəqiq tarixi mövcud deyil, ancaq bu haqda məlumatımız yaxın gələcəkdə olacaq” – dedi Aabaşidze.

O qeyd etdi ki, əgər avia-uçuşların bərpası ilə bağlı qərar verilsə, bu məsələnin həlli problem olmayacaq, çünki təhlükəsizlik baxımından hərhansı bir problemdən söhbət getmir.

“Avia-uçuşların bərpası üçün texniki baxımdan heçnə lazım deyil, bununla bağlı sadəcə olaraq, müvafiq qərar verilməlidir” – dedi Abaşidze.

Gürcüstanla avia-uçuşların dayandırılması ilə bağlı qərarı Vladimer Putin 2019-cu ilin iyun ayında verdi.

Rəsmi olaraq isə, birbaşa aviareyslər iyulun 8-də dayandırıldı.