Zurab Abaşidze - Gürcüstan-Rusiya münasibətləri işğala görə çıxılmaz vəziyyətdədir və çıxış yolu görünmür
Zurab Abaşidze - Gürcüstan-Rusiya münasibətləri işğala görə çıxılmaz vəziyyətdədir və çıxış yolu görünmür

Gürcüstan-Rusiya münasibətləri işğala görə çıxılmaz vəziyyətdədir və çıxış yolu görünmür, – bu barədə bəyanatı Rusiya ilə əlaqələr məsələləri üzrə baş nazirin xüsusi nümayəndəsi Zurab Abaşidze Birinci Kanalın “Azad baxış” verlişində verdi.

“Rusiya bizim regionlarımızın qondarma müstəqilliyini geri çəkməyə hazır deyil və biz bunu heç vaxt qəbul edə bilməyəcəyik. İşğal davam edir və daha ağır formalar götürür. Yeni divarlar tikilir və Rusiya bunu dayandırmaq istəmir. Real vəziyyət belədir” – dedi Zurab Abaşidze.

Onun dediiynə görə, mövcud olan reallıq 2008-ci ilin nəticələridir və ondan sonra vəziyyət dəyişirilməyib.

“Rusiya bəyan edir: bizim günahımız yoxdur, Abxaziya və Cənubi Osetiya müstəqilliyə doğru can atırlar və bu məsələ ilə bağlı onlarla danışıqlar aparın.

Bu vəziyyətin necə düzələcəyi ilə bağlı hərhansı fikir yoxdur. Rusiya tərəfi bizimlə bu mözu ilə bağlı daha o qədər danışmır. Onlar bu məsələyə nöqtə qoyublar” – dedi Abaşidze.

Abaşidze qeyd etdi ki, o daha optimist əhval-ruhiyyədə danışmaq istəyərdi və ictimaiyyətə ümid vermək istəyərdi, ancaq  reallığı dərk etmək də zəruridir.

“Sözün düzü, mənim Rusiya ilə bağlı optimist gözləntilərim yoxdur” – dedi Abaşidze.