Zuqdidinin 20 saylı seçki məntəqəsinin yaxınlığında fiziki qarşıdurma baş verib [Video]
Zuqdidinin 20 saylı seçki məntəqəsinin yaxınlığında fiziki qarşıdurma baş verib [Video]

 

Zuqdidinin 20 saylı seçki məntəqəsinin yaxınlığında fiziki qarşıdurma baş verib.

“Gürcü Arzusu”-nun Zuqdidi merliyinə namizədi Mamuka Tsotserianın da qeyd etdiyi kimi , “Milli Hərəkat” ilə əlaqəli qeyri-hökumət təşkilatlarının müşahidəçiləri və “Milli Hərəkatın” özü təxribatlar təşkil etməyə çalışır.

Tsotserianın sözlərinə görə, onların nümayəndələrindən biri Zuqdidi sakinlərini, 20 saylı seçki məntəqəsinin yaxınlığına toplaşan tərəfdarlarını separatçı adlandırıb və bu, qarşıdurmaya səbəb olub.

Qeyri-hökumət təşkilatının üzvü Qiorqi Mumladzenin də qeyd etdiyi kimi, “Milli Hərəkat”-ın nümayəndələri bunadək də fiziki təzyiqə məruz qalıblar. Onun sözlərinə görə, Tsotserianın tərəfdarları ondan Kvemo Kartlidən niyə müşahidəçi kimi gəldiyini soruşublar. Mumladzenin sözlərinə görə, o, konkret olaraq bu qrupun bəyanatını separatçılıq hesab edib və buna görə də həmin qruplaşmanı, ümumi , Zuqdidi sakinlərini deyil, konkret olaraq bu qrupu, Tsotseriya tərəfdarlarını separatçı adlandırıb.

Zuqdididə 20 saylı seçki məntəqəsi yaxınlığında baş verən qarşıdurma nəticəsində hüquq-mühafizə orqanlarının işçiləri bir neçə nəfəri ərazidən uzaqlaşdırıblar.

Səhərdən məntəqədə səs-küy var idi. “Milli Hərəkat”-ın gənclər təşkilatının nümayəndələri seçki komissiyasının sədri ilə qarşı-qarşıya gəliblər.