Zuqdididə yoxlanılan 269 şəxdən koronavirus bir nəfərdə təsdiq olundu
Zuqdididə yoxlanılan 269 şəxdən koronavirus bir nəfərdə təsdiq olundu

Zuqdidi İnfeksiya Xəstəxanasının laboratoriyasında 29 avqustda koronavirus üzrə 269 nümunəni yoxladılar. Cavabın biri müsbət çıxdı. Pasiyent Ruxi Xəstəxanasında müalicə olunur.

Bununla yanaşı, Ruxi Xəstəxanasına Abxaziyadan gətirilən virusa yoluxan bir öasiyenti yerləşdirdilər.

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Sameqrelo-Zemo Svaneti bölməsinin məlumatına görə, yoxlanılanlar qızdırma mərkəzinin 12 pasiyenti, 19 tibb personalı, DİN-in 218 əməkdaşı və epid-ocaqda olan dörd vətəndaş idi.

Həmçinin Zuqdidi İnfeksiya Xəstəxanasının laboratoriyasında karantin məkanlarından 12 və izolasiyada olan beş şəxsi yoxladılar.