Zuqdididə yoxlanılan 141 şəxdən heç birində koronavirus təsdiq olunmadı
Zuqdididə yoxlanılan 141 şəxdən heç birində koronavirus təsdiq olunmadı

Zuqdidi İnfeksiya Xəstəxanasının laboratoriyasında koronavirus üzrə 141 nümunəni yoxladılar.

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Sameqrelo-Zemo Svaneti bölməsinin məlumatına görə, yoxlanılanlar qızdırma mərkəzinin 17 pasiyenti, 27 tibb personalı, DİN-in 80 əməkdaşı və 3 sürücü və bir təsdiq olunmuş halın kontaktı idi.

Həmçinin Zuqdidi İnfeksiya Xəstəxanasının laboratoriyasında karantin rejimindən 11 və izolasiyada olan iki şəxsi yoxladılar. Heç birində koronavirus təsdiq olunmadı.