Zuqdididə koronavirusun bir yeni halı təsdiq olundu
Zuqdididə koronavirusun bir yeni halı təsdiq olundu

Zuqdididə koronavirusun bir yeni halı təsdiq olundu. Virusa yoluxan 70 yaşına qədər olan kişidir.

Zuqdidi Meriyasının məlumatına görə, virusa yoluxan şəxs Larsi sərhədindən 12 iyunda daxil oldu.

Onu daxil olarkən karantinə yerləşdirdilər. “PCR” testi edildi, mənfi cavabdan sonra, 14 iyunda müvəqqəti karantindən azad etdilər. Buna səbəb qardaşının vəfat etməsi göstərilir. O, Zuqdididə dəfn mərasimində idi.

Dünən ona təkrar test edildi və hal şübhəli olduğuna görə, Ruxi Xəstəxanasına yerləşdirdilər.

Virusa yoluxan kişinin kontaktından olan yeddi nəfər karantinə keçirilib.