Zuqdididə "Gürcüstan Bankına" hücum işi üzrə istintaq terror aktı maddəsi ilə də aparılır
Zuqdididə "Gürcüstan Bankına" hücum işi üzrə istintaq terror aktı maddəsi ilə də aparılır

Zuqdididə “Gürcüstan Bankına” hücum işi üzrə istintaq terror aktı maddəsi ilə də aparılır.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236, 323 və 329-cu maddələri ilə aparılır.

Gürcüstan Daxili İşlər naziri müavini, Vladimer Bortsvadzenin bəyan etdiyinə görə, polis tərəfindən həyata keçirilən tədbirlər nəticəsində, hücumda iştirak edən şəxs müəyyənləşdirilib – o, 1988-ci il təvəllüdlü Badri Esebuadır.

Elə onun dediyinə görə, nnun olduğu yerinin müəyyənləşdirlməsi və yaxalanması məqsədilə, polis operativ, istintaq və axtatış tədbirlərini fəal davam etdirir.

21 oktyabrda Zuqdididə “Gürcüstan Bankına” silahlı şəxs soxularaq 43 vətəndaşı girov götürdü. Bir neçə saatlıq danışıqlardan sonra, girovların əksəriyyəti mərhələ şəklində azad edildi. Onları Sameqrelo-Zemo Svaneti Dairə Polisinin rəisi, Avtandil Qaldava əvəz etdi. Hücumçu Qaldava və üç girov ilə birlikdə bankı tərk etdi. Onların hər dördü gecə azad olundu.