Zonal-saatlıq parkinq sistemi Qriqol Orbeliani meydanında da qüvvəyə minəcək
Zonal-saatlıq parkinq sistemi Qriqol Orbeliani meydanında da qüvvəyə minəcək

Tbilisidə zonal-saatlıq parkinq sistemi Qriqol Orbeliani meydanında da qüvvəyə minəcək, – bu barədə bəyanatı Tbilisinin meri Kaxa Kaladze paytaxt hökümətinin bugünki iclasında verdi.

Merin dediyinə görə, Orbeliani meydanının ərazisində, Kote Abxazi küçəsində olduğu kimi zonal-saatlıq parking sistemində qeydiyyatdan keçmək üçün xüsusi kiosklar qoyulacaq, harda əhali yeni parkinq sistemi haqqında detallı məlumat ala bilər.

Tbilisi merinin dediyinə görə, zonal parkinqin pilot layihəsi Kote Abxazava küçəsində 20 gündür müvəffəqiyyətlə həyata keçirilir və bunun üçün o munisipalitet əməkdaşlarına və sürücülərə təşəkkür etdi.