Ziqmar Qabriel Avropa İttifaqına Ukrayna və Türkiyə ilə əlaqələrin yeni modelini təklif edir
Ziqmar Qabriel Avropa İttifaqına Ukrayna və Türkiyə ilə əlaqələrin yeni modelini təklif edir

Almaniyanın xarici işlər naziri Avropa İttifaqına Ukrayna və Türkiyə ilə əlaqələrin yeni modelini təklif edir.

Bu barədə Ziqmar Qabriel “Funke Mediengruppe” ilə müsahibəsi zamanı bəyan etdi. 

Onun dediyinə görə, əlaqələrin fərqli modeli, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra formalaşacaq.

Ziqmar Qabriel hesab edir ki, nə Türkiyə və nə də Ukrayna yaxın illərdə Avropa İttifaqının üzvü olmayacaq.

“Buna görə biz daha sıx əlaqələrin yeni modeli üzərində düşünməliyik”, – Almaniya xarici işlər naziri bəyan edir.