Zelimxan Xanqoşvili işinin effektiv istintaq tələbi ilə Gürcüstanda Almaniya Səfirliyinin yanında aksiya keçirildi
Zelimxan Xanqoşvili işinin effektiv istintaq tələbi ilə Gürcüstanda Almaniya Səfirliyinin yanında aksiya keçirildi

Zelimxan Xanqoşvili işinin effektiv istintaq tələbi ilə Gürcüstanda Almaniya Səfirliyinin yanında aksiya keçirildi.

Aksiyada Pankisi sakinləri iştirak edirlər. Onlar hesab edirlər ki, Xanqoşvilinin qətl işində sadəcə bir qatil iştirak etməyib və qətli sifariş edən şəxslər həbs olunmalıdır.

Aksiya iştirakçıları həmçinin tələb edirlər ki, cinayətkarlar Rusiya Federasiyasına verilməsinlər və Alman qanunvericiliyi iə cəzalandırılsınlar.

Aksiya iştirakçıları ilə Almaniya Səfirliyinin nümayəndələri görüşdülər və bəyan etdilər ki, iş effektiv şəkildə istintaq ediləcək.