Zaza Saralidze Sergi Kapanadze ilə görüşür - Ümid edirəm ki, komisiya istintaqın gizlətdiyi şəxsləri aşkara çıxarda biləcək
Zaza Saralidze Sergi Kapanadze ilə görüşür - Ümid edirəm ki, komisiya istintaqın gizlətdiyi şəxsləri aşkara çıxarda biləcək

Xorava küçəsində öldürülən yeniyetmənin atası Zaza Saralidze bugün parlamentə, ailəsinin maraqlarını qoruyan vəkili Nestan Londaridze ilə bərabər getdi.

Zaza Saralidze vəkili ilə bərabər, müvəqqəti istintaq komisiyasının sədri Sergi Kapanadze ilə görüşdü.

Saralidzenin jurnalistlərə görüş zamanı verdiyi bəyanata görə, o komisiyaya etimad edir. Etimad etmədiyi şəxs isə, Eka Beseliyadır.

“Ümid edirəm ki, komisiya istintaqın gizlətdiyi digər cinayətkararı da aşkarlayacaq” – dedi Zaza Saralidze.

Zaza Saralidzenin dediyinə görə, iyunun 10-na qədər, gərəkən şəxslər həbs edilməsə, etiraz aksiyaları davam edəcək.