Zaza Saralidze - hamıya müraciət edirəm, mənim uşağımın, ailəmin siyasi olaraq istifadəsi və spekulasiyalardan tərəddüd etsinlər
Zaza Saralidze - hamıya müraciət edirəm, mənim uşağımın, ailəmin siyasi olaraq istifadəsi və spekulasiyalardan tərəddüd etsinlər

Hər bir insana müraciət edirəm, mənim uşağımın, ailəmin siyasi olaraq istifadəsi və spekulasiyalardan hər cür tərəddüd etsin, – bu barədə qətlə yetirilən David Saralidzenin atası, Zaza Saralidze Apellyasiya Məhkəməsinin qərarından sonra jurnalistlərə bəyan etdi.

Apellyasiya Məhkəməsi həddi büluğa çatmayan David Saralidzeni qəsdən qətlə yetirməkdə Q.C.-nı müqəssir kimi tanıdı.

Q.B.-ya gəldikdə, ona qarşı ittiham şikayəti təmin olunmadı və Apellyasiya Məhkəməsi hakimlər kollegiyası onu günahsız hesab etdi. Apellyasiya Məhkəməsi Şəhər Məhkəməsinin qərarını qüvvədə saxladı və Q.C.-nı müqəssir kimi tanıdı.

51 saylı orta məktəbinin şağirdləri David Saralidze və Levan Dadunaşvilini 2017-ci ilin dekabrın birində Tbilisidə, Xorava küçəsində yaraladılar. Onlardan biri xəstəxanaya çatdırılana qədər vəfat etdi, ikincisi isə, xəstəxanaya yerləşdirildikdən ikinci günü vəfat etdi.

Qətl ittihamı ilə iki həddi büluğa çatmayanı yaxaladılar.