Zaur Darğallı - Əlimdən gələni edəcəm ki, Marneuli daha güclü, daha gözəl və daha inkişaf etmiş bir şəhər olsun
Zaur Darğallı - Əlimdən gələni edəcəm ki, Marneuli daha güclü, daha gözəl və daha inkişaf etmiş bir şəhər olsun

Əlimdən gələni edəcəm ki, hər birimizin evi olan Marneuli şəhəri daha güclü, daha gözəl və daha inkişaf etmiş bir şəhər olsun – bu bəyanatı Zaur Darğallı onun münisipalitet merliyinə namizədliyinin təqdim edilməsindən sonra, əhaliyə müraciət edərkən verdi.

Partiyanın mer namizədi olaraq, onu bugün “Gürcü Arzusu”-nun siyasi katibi İrakli Ğaribaşvili və baş nazir Mamuka Baxtadze təqdim etdilər.

“Dəstəyinizə və mənə etibar etdiyinizə görə təşəkkür edirəm, bugün burada bu qədər insanın yığılması mənim üçün böyük dəstəkdir. Bu bizim bütün Gürcüstana göndərdiyimiz mesajdır. Marneuli hər birimizin evidir. Əlimdən gələni edəcəm ki, Marneuli daha güclü, daha gözəl və daha inkişaf etmiş bir şəhər olsun. Biz hər bir kəndə, hər bir evə gedəcəyik və sizin bilavasitə dəstəyinizlə, daha güclü kənd ideyasını həyata keçirəcəyik.

Mən öz doğma yerini həddindən çox sevən bir insanam. Burada böyüdüm və mənim dörd və iki yaşlı qızlarım Dəniz və Ada da burada böyüyürlər və sizin uşaqlarınızla bərabər, reabilitasiyaya ehtiyacı olan bir uşaq bağçasına gedirlər.

“Gürcü Arzusu” partiyasına təşəkkür etmək istəyirəm ki, mənə rayonumuzun inkişaf prosesində bilavasitə iştirak etmək imkanını verdi” – dedi mer namizədi Zaur Darğallı.