Zaal Udumaşvili - Dialoq masasına oturmağa hazırıq, ancaq dialoqda Nika Melia da iştirak etməlidir
Zaal Udumaşvili - Dialoq masasına oturmağa hazırıq, ancaq dialoqda Nika Melia da iştirak etməlidir

“Milli Hərəkatın” üzvü Zaal Udumaşvili baş nazir İrakli Ğaribaşvilinin bəyanatını kinayəli adlandırır.

Udumaşvilinin dediyinə görə, müxalifət dialoq masasına oturmağa hazırdır, ancaq o masanın bir tərəfində Nika Melia da oturmalıdır.

“Ğaribaşvilinin kinayəli bəyanatına rahat cavab verməyə çalışacam. Bizim parlamentə daxil olmağımızın şərti yenidən seçkilərin keçirilməsidir. Dialoq zamanı ancaq yeni seçkilərin tarixini müzakirə edə bilərik”, – dedi Zaal Udumaşvili.

Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Ğaribaşvili müxalifət nümayəndələrini dialoq masasına oturmağa dəvət etdi.